Azərbaycan klubuna gəldi, puldan söz etdi: "Yalan danışmayacam"

26 Sentyabr 2021 16:40 Zirə 1 276
Azərbaycan klubuna gəldi, puldan söz etdi: "Yalan danışmayacam"

"Yay transfer pəncərəsində seçim etmək üçün tələsmədim və təklifləri dərindən incələdim.

İsrail, Ruminiya, Niderland və Səudiyyə Ərəbistanından da təkliflərim var idi".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin yeni transferi Loris Bronyo paytaxt təmsilçisinə keçidi barədə "voetbalkrant.com" saytına açıqlamasında deyib.

Belçikalı hücumçu bildirib ki, həm özü, həm də ailəsi üçün "qartallar"ın təklifini qəbul edib:

"Fikrimcə, düzgün addım atdım. Yalan danışmayacam, burada yaxşı maliyyə şərtləri də rol oynadı.

Amma Səudiyyə Ərəbistanına getsəydim, daha çox pul qazana bilərdim. Digər tərəfdən, Belçika klublarının konkret təkliflə müraciət etməməsi məni məyus etdi".

Xəbər Lenti