Zədə epidemiyası Rəşad Sadıqovun gözünü yaman qorxudub.
Bu dəqiqədə düşərgədə o qədər «sınıq-salxaq» futbolçu var ki…
İki həftəyə öncə kimi start «onbirliy»ini əzbərdən deyən baş məşqçi indi gecə-gündüz baş sındırır ki, görüm, kimi hara yerləşdirim, birtəhər «11-lik» düzəlsin.
Bu, «Zirə»nin oyununa çox təsir edib. «Sabah»la səfər qarşılaşmasında heyətin yetərsiz olmasının acısını daddılar.
Masazırda rəqib qapıçını narahat eləyə bilmədilər. Ümumiyyətlə, təhlükəli qol vəziyyəti yaratmağa gücləri çatmadı.
«Sumqayıt»la evdəki matçda isə komandanın «qanının arasına» Brahim Konate girdi.
Fransalı yarımmüdafiəçi xti xətt oyunçularının etməli olduğunu etməsəydi, «Zirə» doğma arenada da qələbə üzünə həsrət qalacaqdı.
Zədəlilərin çoxluğu üzündən «Zirə» dominant futbolundan əl çəkib. Nə vaxt ki onlar sıraya dönəcək, biz onda da «Zirə»dən həmin oyunu görəcəyik.
Hələlik Rəşad Sadıqovu qayğılandıran bir nömrəli məsələ bu ağrılı-sancılı dönəmdən minimum itkiylə çıxmaqdır.
Qış fasiləsinə kimi istəyinə çatsa, «Zirə» 2026-cı ilə yeni hücumçuyla başlayacaq. Yeqor Boqomlskinin ümidinə qalıb da, həyacan içində çırpınmaq fikrində olmayacaq.
Yetər də artıq!
Bu belaruslu qaçmaqdan və müdafiəçilərin arxasınca düşməkdən savayı nəsə etmir. Edə bilmir e! O, qapını görmür və hiss etmir.
MUSA

