“Gəncə”də çex legioner

5 Avqust 2025 04:30 Voleybol 744
“Gəncə”də çex legioner

“Gəncə” voleybol klubu heyətini gücləndirməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi çex voleybolçu Karolina Nova ilə müqavilə imzalayıb.

Oyunçu ötən mövsümü Fransanın “Quimper Volley” komandasında keçirib. Voleybolçu karyerası ərzində Çex Respublikası və ABŞ klublarında çıxış edib.

Karolina Nova Fransa və Çex Respublikası kuboku yarışlarında, NEC Women's Volleyball Championship turnirində mükafatçılar sırasında yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM