"Gəncə" heyətini Keniya yığmasının oyunçusu ilə gücləndirdi

29 İyul 2025 03:20 Voleybol 705
"Gəncə" heyətini Keniya yığmasının oyunçusu ilə gücləndirdi

Qadınlardan ibarət "Gəncə" voleybol klubu heyətini Keniya yığmasının üzvü ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Şeron Çepçumba ilə müqavilə imzalanıb.

Voleybolçu ötən mövsümü Vyetnamın "Hoa chat Durc Giang Lao Cai" komandasında keçirib. O, karyerası ərzində Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.

"Çumba" ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub.

Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb