Azərbaycanlı rəsmi şəxs Avropa çempionatında nümayəndə oldu

18 İyul 2025 04:00 Voleybol 602
Azərbaycanlı rəsmi şəxs Avropa çempionatında nümayəndə oldu

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV nümayəndəsi kimi iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, Albaniyada təşkil olunan 16 yaşadək (U-16) qızların Avropa çempionatının final mərhələsində hakimlərin və supervayzerin işini qiymətləndirib.

Cəfərov mükafatlandırma mərasimində iştirak edərək, ən yaxşı oyunçuya və qalib komandaya kubok təqdim edib.

Yarışda Polşa birinci, Türkiyə ikinci, İtaliya isə üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!