Türkiyə komandasının matçını idarə edəcək - Azərbaycanlı hakim

13 İyul 2025 04:00 Voleybol 603
Türkiyə komandasının matçını idarə edəcək - Azərbaycanlı hakim

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə kişi komandalar; arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, avqustun 13-də Türkiyə və Danimarka yığmaları arasında Malatyada keçiriləcək matçda hakimlik edəcək.

Qarşılaşmanın digər hakimi isə yunanıstanlı Vasileos Vasiliadis olacaq.

Seçmə mərhələnin ilk dövrəsindən sonra danimarkalılar öz qruplarında turnir cədvəlinə başçılıq edirlər, Türkiyə komandası isə sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM