Azərbaycan millisi növbəti seçmə oyunlarının hazırlıqlarına başlayır

03:40 Voleybol 98
Azərbaycan millisi növbəti seçmə oyunlarının hazırlıqlarına başlayır

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında çıxışını başa vurduqdan sonra 2026-cı il Avropa çempionatı seçmə mərhələsi növbəti oyunlarının hazırlıqlarına başlayır.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələ ötən il start götürüb və komandamız qrupda ilk iki oyunda - səfərdə Avstriyaya, evdə isə Belçikaya eyni 0:3 hesabı ilə uduzub.

Fərid Cəlalovun çalışdırdığı komandanın indi bu rəqiblərlə iki cavab oyunu qalıb. Voleybolçularımız avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda avstriyalılarla qarşılaşacaqlar.

İlk iki görüşdə 6 xal toplayan belçikalılar qrupa başçılıq edirlər.

Ümumi güc balansından danışsaq, Belçika, Danimarka, Çexiya, Yunanıstan, Estoniya və Latviya təsnifatın ilk dövrəsində öz qruplarında liderliyi ələ alıblar.

Avropa çempionatı Bolqarıstan, Finlandiya, İtaliya və Rumıniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda