Millimizin sabiq hücumçusu paytaxt klubunu tərk etdi

6 İyul 03:10 Voleybol 277
Millimizin sabiq hücumçusu paytaxt klubunu tərk etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Odina Əliyeva “Azərreyl”dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, Bakı klubu 35 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddətini uzatmayıb.

Təcrübəli voleybolçu 2024-cü ildən “dəmiryolçular”ın heyətində çıxış edirdi.

Odina Əliyeva karyerası ərzində “Azərreyl”dən başqa, “Azəryol”, “Abşeron”, “Il Bisonte Firenze”, “Real Mutua Fenera Çieri” (hər ikisi İtaliya), “Seramiksan” (Türkiyə), “Cakarta Elektrik”, “Cakarta Pertamina Energi” (hər ikisi İndoneziya), “Sesi” (Braziliya), “Çoko Muço Flayinq Titans” (Filippin), “Şenzen Zonqsai” (Çin), “Atletes Unlimited” (ABŞ) və "Binh Dyen Lonq An" (Vyetnam) komandalarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!