
Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatını beşinci pillədə başa vurub.
Sportinfo.az xəbər verir ki, komanda Latviyanın Cesis şəhərində keçirilən yarışın 1/4 finalında Latviyaya uduzub.
İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrupda Latviya və Estoniyaya, pley-offda Litvaya qalib gəlmişdi.
Azərbaycanın qızlardan ibarət U-18 yığması isə mübarizəni qrup mərhələsində dayandırıb.