“Müəyyən çətinliklər yaşadıq” - Ölkəmizdəki xarici qız

6 Mart 03:50 Voleybol 616
“Müəyyən çətinliklər yaşadıq” - Ölkəmizdəki xarici qız

“Murov Az Terminal”la matçda komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı".

Sportinfo.az xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası”nın liberosu Rita Timonen Azərbaycan Yüksək Liqasının XIV turunda “Murov Az Terminal”la oyundan sonra Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, səhvləri aradan qaldırmağa çalışacaqlarını söyləyib:

“Bütün diqqətimizi rəqib komandanın hücumlarının qarşısını almağa yönəltmişdik. Çünki bilirdik ki, hücumçuların oyunu yaxşı alınsa, bizim üçün təhlükəli ola bilər.

Komandamız blokda və müdafiədə müəyyən çətinliklər yaşadı. Lakin oyunda mühüm məqamları lazımınca dəyərləndirə bildik.

Bundan sonra həm qəbulda, həm digər mövqelərdə səhvimizi aradan qaldırmağa çalışacağıq”.

“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” matçı birincilərin 3:0 (25:19, 25:21, 25:18) hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM