Azərbaycan təmsilçisi Avropada mübarizəni dayandırdı

16 Noyabr 2023 02:20 Voleybol 770
Azərbaycan təmsilçisi Avropada mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olub.

Qarşılaşma rəqibin 3:0 (25:20, 25:23, 25:17) hesablı qələbəsi ilə bitib.

Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olub.

“Azərreyl” əvvəlki raundda Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi