Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, komandamız səfərdə Estoniya millisinin qonağı olub.
Fərid Cəlalovun rəhbərlik etdiyi komanda rəqibinə 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə uduzub.
Kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub.
Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Azərbaycan millisi iyunun 1-də Lüksemburqla qarşılaşacaq.