“Qurbanovun çıxışı məni həyəcanlandırdı, mən də özümü..."

27 Noyabr 2021 16:20 Voleybol 649
“Qurbanovun çıxışı məni həyəcanlandırdı, mən də özümü..."

“Cavid Qurbanov yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçildi, bu münasibətlə onu təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə C.Qurbanova əvvəlki dönəmdəki fəaliyyətinə görə təşəkkürünü bildirib:

“Cavid müəllimin çıxışı məni həyəcanlandırdı. Mən də özümü voleybola yaxın hesab edirəm. Qadın voleybolçuların qazandığı uğurlar bütün xalqın ürəyində sevinc hissi yaradırdı.

Başqa idman növlərində bu uğuru görmürdük. Fərdi idman növlərində uğurlarımız olur.

Komanda idman növlərində isə bizi qadın voleybolçularımız sevindirir. Hesab edirəm ki, növbəti hesabat dövründə voleybolda nailiyyətlərimiz daha çox olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti