Millimizin hücumçusu: "Hər kəs bizim qrupumuzu "ölüm qrupu" adlandırır"

5 Avqust 14:40 Voleybol 574
Millimizin hücumçusu: "Hər kəs bizim qrupumuzu "ölüm qrupu" adlandırır"

"Avropa çempionatının başlanmasına çox az vaxt qalıb.

Hazırlığımız Macarıstanda davam edir. Düşünürəm ki, turnirdə yaxşı oyun göstərəcəyik.

Çünki hazırlığın ilk günündən bizim üçün hər cür şərait yaradılıb. Toplanış müddətində məşqlərlə bərabər, yoxlama oyunları da keçiririk".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında Avropa çempionatına hazırlıq barədə danışarkən deyib.

22 yaşlı hücumçu bildirib ki, turnirdə zəif komanda olmur: "Hər kəs bizim qrupumuzu ölüm qrupu adlandırır. Düzdür, rəqiblərimiz güclü və təcrübəlidir.

Onlara qarşı çıxış etmək çətin olsa da, bir o qədər də maraqlıdır. Avropa çempionatında zəif komanda olmur və hər kəsin məqsədi bu yarışda qalib gəlməkdir".

Bayduk bütün rəqiblərin oyun taktikasına bələd olduqlarını söyləyib: "Bir qrupda mübarizə aparacağımız Fransa millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışıq.

Həmin yarışda fransızlara məğlub olmuşduq, amma bu gün komandamız daha yaxşı formadadır.

Düşünürəm ki, Avropa çempionatında Fransa və Bosniya və Hersegovina yığmalarına qalib gələcəyik. Komandamıza uğurlar arzu edirəm".

Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq.

Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina olacaq. Bu qrupun oyunları paytaxt Belqradda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 14:40 "Qarabağ"a qayıtdılar