Millimiz Qızıl Avropa Liqasında İspaniyaya uduzdu

28 May 2021 23:20 Voleybol 733
Millimiz Qızıl Avropa Liqasında İspaniyaya uduzdu

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqası start götürüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununu keçirib.

A qrupunda yer alan millimiz ilk matçında İspaniya ilə qarşılaşıb. Görüş birinci dövrəyə ev sahibliyi edən Rumıniyada keçirilib. Vüqar Əliyevin yetirmələri Klujdakı “Horia Demian” idman zalında məğlubiyyətə üzülüb. Rəqib "quru hesabla" qələbə qazanıb.

Qrupun digər oyununda Rumıniya Fransaya 3:2 (17:25, 23:25, 26:24, 26:24, 15:11) hesabı ilə qalib gəlib.

I tur, 28 may
spaniya – Azərbaycan - 3:0 (25:22, 25:22, 25:12)
Hakimlər:
Pol Katalin Sabo-Aleksi (Rumıniya), Peter Sabo (Macarıstan)
Kluj. “Horia Demian” idman zalı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"