"Sevdim, çox xoşuma gəlir" – Klubunu dəyişən yığmamızın üzvü

13 Yanvar 2021 23:00 Voleybol 695
"Sevdim, çox xoşuma gəlir" – Klubunu dəyişən yığmamızın üzvü

"Məqsədimiz hər oyunda qalib gəlməkdir".

Sportinfo.az xəbər verir ki, bu fikirlər qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Həsənovaya məxsusdur.

Son 3 mövsümdə formasını geyindiyi "Volero Le-Kanne"dən (Fransa) ayrılan 26 yaşlı blokçu "MCM-Diamant"a keçib. Ukrayna əsilli voleybolçunun Kapoşvar klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Macarıstan təmsilçisi ilə bağlı təəssüratlarını bölüşən Həsənova yeni komandasına həm meydanda, həm də kənarda xeyir vermək istədiyini bildirib:

"Macarıstan çempionatının son illərdə güclənməsindən xəbərim var. Bu isə bizi Çağırış Kubokunun yarımfinalında oynamaq üçün motivasiya edir. Kapoşvar şəhərini sevdim.

Şəhərin mərkəzi çox xoşuma gəlir. Əla baş məşqçimiz var. Komanda yoldaşlarımızla birlikdə yaxşı iş görə bilərik. İlk oyunlarımı səbrsizliklə gözləyirəm".

Digər Xəbərlər
Xəbər Lenti