Türkiyə millisinin üzvündən pis xəbər - uzun müddət oynamayacaq

20 Oktyabr 2020 00:28 Türkiyə 830
Türkiyə millisinin üzvündən pis xəbər - uzun müddət oynamayacaq

Türkiyə millisinin və "Lester"in müdafiəçisi Çağlar Söyüncü uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun baş məşqçisi Brendan Rocers məlumat verib.

O, 24 yaşlı mərkəz müdafiəçisinin təxminən 3 ay oynamayacağını söyləyib.

Çağlar Türkiyə millisinin heyətində olarkən məşq zamanı zədələnib. Bu səbəbdən o, yığmanın 2 matçını və "Lester"in Premyer Liqada "Aston Villa"ya qarşı dünənki oyununu buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!