Argentinalı yarımmüdafiəçi Türkiyə klubunda

19 Sentyabr 2020 17:24 Türkiyə 624
Argentinalı yarımmüdafiəçi Türkiyə klubunda

“Dənizlispor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa klubu argentinalı yarımmüdafiəçi Fede Varelanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Varela İspaniyanın “Leqanes” klubundan transfer edilib. Bu kluba 2019-cu ilin yayında “Portu”dan gələn yarımmüdafiəçi geridə qalan mövsümü icarə əsasında “Las Palmas”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti