"Qalatasaray"da uzun müddətdir gözlənilən transfer - FOTO

5 Avqust 2020 23:00 Türkiyə 1 154
"Qalatasaray"da uzun müddətdir gözlənilən transfer - FOTO

"Qalatasaray" sabiq futbolçusu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. "Qalatasaray"ın yetirməsi olan A.Turan 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.

33 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümü və 2019/2020 mövsümün ilk yarısını icarə əsasında "Başakşəhər"də keçirib və 12 matça çıxıb. 2020-ci ilin yanvarında klub futbolçu ilə icarə anlaşmasını pozub. Onun "Barselona" ilə müqaviləsi isə bu yay başa çatıb.

Arda instaqram hesabında fotosunu paylaşaraq, “Və bir gün hər kəs yuvasına dönər” sözlərini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti