İbrahimin 11 komanda yoldaşında koronavirus tapıldı

14 May 2020 11:06 Türkiyə 659
İbrahimin 11 komanda yoldaşında koronavirus tapıldı

Türkiyənin 1-ci liqasında mübarizə aparan “Erzurumspor”da 11 nəfər koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Testi müsbət çıxanlardan dördü futbolçu, biri məşqçidir. Digərləri isə klubda müxtəlif vəzifələrdə çalışırlar. Onların adları açıqlanmayıb.

Klubun yaydığı açıqlamada daha 12 nəfərin koronavirusa yoluxma şübhəsi olduğu bildirilib. Həmin şəxslərdən təkrar analizlər götürüləcək.

TFF 1-ci liqada 2019/20 mövsümünün iyunun 19-da bərpa edilməsi gözlənilir. "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də "Erzurumspor"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"