“Kəpəz”ə yeni sponsorun gəlişini, sədrin gedişini, özünün qayıdışını gözləyir - BU ADAM

16 Avqust 2023 18:00 Kəpəz 3 139
“Kəpəz”ə yeni sponsorun gəlişini, sədrin gedişini, özünün qayıdışını gözləyir - BU ADAM

Bu ilin mayında “Kəpəz”in sükanı arxasından ayrılan Tərlan Əhmədov yenidən Gəncəyə qayıtmağa dönməyə hazırlaşır.

O, bu haqda yaxın çevrəsi ilə söhbətində danışıb.

Qərb təmsilçisini Premyer Liqada saxlamağı bacarmış, bununla belə, İdarə Heyətinin sədri İlqar Nadirinin müqavilə müddətini uzatmaqdan imtina etdiyi mütəxəssis bildirib ki, tezliklə klubun rəhbərliyində dəyişikliyin olması gözlənilir.

Əhmədov iddia eləyib ki, yeni gələcək sponsor Nadiri ilə bərəbar çalışmaq istəmir və proseslər öz minvalını dəyişməsə, komanda ikinci dəfə ona tapşırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!