“Fənərbaxça”nın transfer hədəfi - Premyer Liqanın nəhəngi

10 Sentyabr 2024 10:00 Türkiyə 1 672
“Fənərbaxça”nın transfer hədəfi - Premyer Liqanın nəhəngi

“Mançester Yunayted”in vingeri Antoni yaxın günlərdə komandasını tərk etmək niyyətindədir.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını “Fənərbaxça”da davam etdirə bilər.

Joze Mourinyonun baş məşqçi olduğu klub onu icarəyə götürmək istəyir.

Vəziyyəti Antoninin keçmiş komandası “Ayaks”la yanaşı, İspaniya, Fransa və Səudiyyə Ərəbistanının bir sıra klubları da izləyir.

Türkiyədə transfer pəncərəsi sentyabrın 13-nə qədər açıqdır.

“Mançester Yunayted” heyətə daxil olmayan 24 yaşlı futbolçunu icarəyə verməyə hazırdır. Amma gələn yaya qədər tam transfer reallaşmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da