"Bu, kluba sponsor olmağımızın başlıca səbəblərindən biridir"

28 Mart 2023 20:40 Turan 1 030
"Bu, kluba sponsor olmağımızın başlıca səbəblərindən biridir"

«Biz dövlətimizin dəstəyini hər zaman hiss etmişik».

Bu sözlər «Turan Tovuz»u himayəsinə götürən iş adamı Ehtiram Quliyevə məxsusdur.

Qərb klubu ilə 4,5 illik müqavilə bağlayan şirkətin sahibi AFFA və PFL rəhbərliyi ilə əla münasibətlərinin olduğunu bildirib:

«Danışıqlar apardığımız müddətdə AFFA ilə müzakirələr aparmışıq. Ölkə futbolunda son dönəmlərdəki yanaşmaılar kluba sponsor olmağımızın başlıca səbəblərindən biridir.

İnanıram ki, bu əməkdaşlıq müqaviləsi bütün tərəflər üçün xeyirli olacaq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti