
“Fənərbaxça”nın yeni baş məşqçi axtarışları davam edir. Türkiyə klubunun namizədlər siyahısında iki məşqçi ön plana çıxıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Ştutqart”ı çalışdıran Sebastyan Heness variantını nəzərdən keçirir.
Digər ehtimal isə komandanın keçmiş baş məşqçisi İsmayil Kartalın geri qaytarılmasıdır.
“Fənərbaxça” ötən həftə Joze Mourinyonu istefaya göndərib.