“Fəxr hissi ilə gedirəm” – “Fənərbaxça”nın yeni transferi

00:00 Türkiyə 338
“Fəxr hissi ilə gedirəm” – “Fənərbaxça”nın yeni transferi

“Fənərbaxça”ya transfer olunan braziliyalı qapıçı Ederson Moraes “Mançester Siti”də keçirdiyi vaxtı şərh edib.

Sportinfo.az xəbər verir ki, o, İngiltərə klubunun rəsmi saytına verdiyi açıqlamada komandadan fəxr hissi ilə getdiyini bildirib:

“Fəxr hissi ilə gedirəm. Birlikdə çox böyük uğurlar qazandıq. Bu formanı geyinmək mənim üçün hər zaman qürurverici idi.

Pep Qvardiola ilə Premyer Liqada və Çempionlar Liqasında inanılmaz qələbələr qazandıq. Keçmiş komanda yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Bu, həyatımın xüsusi bir mərhələsi oldu”.

32 yaşlı Ederson 8 il “Mançester Siti”də çıxış edib və 18 titula sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 05:00 Santuşun mətbuat vaxtı
2 Sentyabr 03:20 "Zirə"dən 200-cü ev qolu