Zaniolo “Qalatasaray”ı İtaliya klubuna dəyişdi - 2,5 milyon avro ödəyəcəklər

2 Sentyabr 2025 01:40 Türkiyə 775
Zaniolo  “Qalatasaray”ı İtaliya klubuna dəyişdi - 2,5 milyon avro ödəyəcəklər

“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

İtaliyalı futbolçu “Udineze” ilə anlaşıb. A seriya təmsilçisi bu transfer üçün “cim-bom”a 2,5 milyon avro ödəyəcək.

Zaniolonun “Qalatasaray”la müqaviləsinin müddəti 2027-ci ilə qədər idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti