“Türkiyənin ən böyük və ən hörmətli klubuna gəldim” - Kərəm Aktürkoğlu

2 Sentyabr 2025 01:30 Türkiyə 599
“Türkiyənin ən böyük və ən hörmətli klubuna gəldim” - Kərəm Aktürkoğlu

Türkiyə millisinin üzvü Kərəm Aktürkoğlu karyerasını Super Liqada davam etdirəcək.

25 yaşlı vinger “Benfika”dan “Fənərbaxça”ya transfer olunub.

İstanbul klubu türk futbolçunun keçidi üçün 22,5 milyon avro ödəyəcək, əlavə olaraq 2,5 milyon avro bonus nəzərdə tutulub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəyə gələrək keçidini rəsmiləşdirən Aktürkoğlu yeni klubuna keçdikdən sonra ilk açıqlamasında iddialı danışıb:

“Türkiyənin ən böyük və ən hörmətli klubuna qoşuldum. Artıq bütün gücümü “Fənərbaxça” üçün ortaya qoyacam. Ümid edirəm ki, birlikdə çempion olacağıq”.

Kərəm Aktürkoğlu daha əvvəl “Qalatasaray”ın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti