Türkiyə millisinin oyunçusu “Qalatasaray”ın maraq dairəsində

29 May 00:00 Türkiyə 188
Türkiyə millisinin oyunçusu “Qalatasaray”ın maraq dairəsində

“Qalatasaray” Türkiyə millisinin yarımmüdafiəçisi Salih Özcanı heyətinə qatmaq istəyir.

Sportinfo.az bu barədə “Ajansspor”a istinadən xəbər verir.

Məlumata görə, İstanbul təmsilçisi bu mövsüm gözləntiləri qarşılaya bilməyən Kerem Demirbay və Berkan Kutlu ilə yolları ayırmaq istəyir. Klub hər iki oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.

“Sarı-qırmızılar” bu əsnada Dortmund “Borussiya”sı ilə 1 illik müqaviləsi qalan 27 yaşlı Özcanı transfer etməyə çalışacaq.

O da bildirir ki, Türkiyə millisinin üzvü özü “Qalatasaray”ın təklifinə müsbət baxır.

Digər Xəbərlər
Xəbər Lenti