Arda Turan onlarla anlaşmağa yaxındır - Türkiyə klubu pul alacaq

26 May 2025 01:40 Türkiyə 1 023
Arda Turan onlarla anlaşmağa yaxındır - Türkiyə klubu pul alacaq

“Şaxtyor” (Donetsk) türkiyəli mütəxəssis Arda Turanı baş məşqçi təyin etməkdə maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müqavilə bağlamağa yaxındır.

Turanın çalışdığı son klubu “Eyüpspor” da onun gedişinə görə pul təzminatı alacaq. Bu, klublar arasında danışıqlarda nəzərdə tutulub. Lakin kompensasiyanın məbləği açıqlanmır.

Arda Turanın “Şaxtyor”da hər mövsümə 2 milyon avro qazanacağı daha əvvəl bildirilirdi.

Dünən Ukrayna klubu çalışdırıcısı Marino Pusiçlə yollarını ayırdığını açıqlayıb.

“Eyüpspor” Türkiyə çempionatında 36 oyundan sonra 6-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti