"Komandanın baş məşqçi postundan ayrılıram" - İSTEFA

00:00 Türkiyə 136
"Komandanın baş məşqçi postundan ayrılıram" - İSTEFA

“Eyüpspor”un baş məşqçisi Arda Turan klubdan ayrıldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə mütəxəssis Superliqanın 37-ci turunda “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu, mənim “Eyüpspor”dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram.

3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək. Bütün “Eyüpspor” camiəsinə təşəkkür edirəm”, - deyə A.Turan qeyd edib.

Arda Turan 2023-cü ildən “Eyüpspor”u çalışdırırdı. Onun Ukraynadan “Şaxtyor Donetsk”i ilə razılaşdığı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti