“O, mənim üzümü dırnaqları ilə qaşıdı! Ayaqda qalsaydım...”

9 Aprel 00:10 Türkiyə 1 081
“O, mənim üzümü dırnaqları ilə qaşıdı! Ayaqda qalsaydım...”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Joze Mourinyo ilə münaqişəsi haqda açıqlama verib.

Bir neçə gün əvvəl “Fənərbaxça”nın çalışdırıcısı ölkə kubokunda komandasının uduzduğu (1:2) matçdan sonra Okan Burukun burnundan yapışıb. Türkiyəli mütəxəssis üzünü tutaraq yerə yıxılıb.

Sportinfo.az xəbər verir ki, “cim-bom”un baş məşqçisi “TV100” kanalına müsahibəsində bunları deyib:

“Bəziləri deyir ki, mənim yıxılmağım uydurma idi, amma sussam, daha yaxşı olar. Bunun uzun müddət danışılmasını istəməzdim.

O, mənim üzümü dırnaqları ilə qaşıdı! Mən ayaqda qalsaydım, yəqin ki, 10 oyunluq diskvalifikasiya olardım”.

Bu hadisəyə görə Mourinyo 3 oyunluq cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM