İngiltərəli müdafiəçi ilə maraqlanır - “Qalatasaray”ın transfer gündəmi

3 Fevral 18:20 Türkiyə 617
İngiltərəli müdafiəçi ilə maraqlanır - “Qalatasaray”ın transfer gündəmi

“Nyukasl”ın müdafiəçisi Kiran Tripyer “Qalatasaray”ın transfer hədəfidir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi ingiltərəli oyunçunu satmaqda maraqlı deyil, ancaq İstanbul klubu onu transfer etmək ümidini itirməyib.

“Qalatasaray”dan təklif Türkiyədə transfer pəncərəsinin bağlandığı gün, fevralın 11-dən əvvəl gələ bilər.

34 yaşlı Tripyer Premyer Liqanın cari mövsümündə “Nyukasl”ın heyətində 14 oyuna çıxıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?