“Yox, daha gözləyin” - VİDEO

3 Sentyabr 2024 00:20 Türkiyə 831
“Yox, daha gözləyin” - VİDEO

“Trabzonspor”un baş məşqçi postuna məşhur çalışdırıcı Şenol Güneşin gətirilməsi ilə bağlı iddialar yayılıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin Trabzon hava limanından İstanbula getməsi iddiaları gücləndirib.

Belə ki, onun “Trabzonspor”un prezidenti Ertuğrul Doğanla görüşəcəyi bildirilib.

O, aeroportda jurnalistin “xeyirli olsun deyəkmi?” sualını belə cavablayıb: “Yox, daha gözləyin, İstanbula gedirəm”.

“Trabzonspor” bir müddət öncə baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda