İkardi “Qalatasaray”dan ayrılır? - “Biz “Real”la əlaqə saxlayırıq”

28 Noyabr 2023 00:10 Türkiyə 533
İkardi “Qalatasaray”dan ayrılır? - “Biz “Real”la əlaqə saxlayırıq”

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin agenti Elio Letterio Pino “Real”la danışıqlar apardıqlarını etiraf edib.

Sportinfo.az xəbər verir ki, o, hələ Madrid klubundan rəsmi təklif almadıqlarını söyləyib:

“Mən indi Madriddəyəm. Hazırda klubun özündən heç bir rəsmi və ya qeyri-rəsmi təklif olmayıb. Bununla belə, biz “Real”la əlaqə saxlayırıq”.

Daha əvvəl mətbuatda “Real”ın cinah oyunçusu Vinisius Juniorun zədələnməsinə görə Madrid klubunun argentinalı hücumçuya marağının olması barədə məlumatlar yayılmışdı.

İkardi bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 21 matçda iştirak edib, 16 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…