UEFA Türkiyəyə bu qədər maliyyə yardımı ayırdı

11 Fevral 2023 15:20 Türkiyə 577
UEFA Türkiyəyə bu qədər maliyyə yardımı ayırdı

UEFA bir neçə gün əvvəl baş verən güclü zəlzələdən zərərçəkənlərə görə Türkiyəyə və Suriyaya yardım ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. UEFA zərərçəkənlər üçün ümumilikdə 200 min avro ödəyəcəyini bildirib.

Bu yardımdan 150 min avro Türkiyə Futbol Federasiyasının hesabına, 50 min avro isə Beynəlalq Yardımlaşma və İnteqrasiya Vəqfinin hesabına köçürüləcək.

Daha sonra həmin məbləğ zəlzələdən zərər görən bölgələrdəki insanlar üçün sərf olunacaq.

UEFA-nın prezidenti Aleksander Çeferin isə məsələ ilə bağlı açıqlamasında deyib ki, UEFA baş verən dramatik hadisə səbəbindən ilk yardımını edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti