Bir klub çempionatdan çəkildi, biri də bunu istəyir

10 Fevral 2023 00:00 Türkiyə 839
Bir klub çempionatdan çəkildi, biri də bunu istəyir

"Hatayspor" Superliqadan çəkilib.

Sportinfo.az xəbər verir ki, bu barədə TFF-nin prezidenti Mehmet Böyükekşi məlumat verib.

Federasiya rəhbəri klubun verdiyi qərarı bu cür açıqlayıb:

"Artıq "Hatayspor" federasiyaya bununla bağlı məktub göndərdi. Onlarla yanaşı "Qaziantep" da bu cür fikirdədir. Ola bilsin ki, liqaya 17 komanda ilə davam etdik".

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş 7,7 bal gücündə zəlzələ Hatayda da böyük dağıntılara, itkilərə səbəb olub.

Baş verən dağıntılar zamanı 17 minə yaxın insanın öldüyü bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti