Ötən gün qələbə qolunu vurdu, indi isə... TÜRKİYƏ FUTBOLU ŞOKDA - VİDEO

7 Fevral 2023 02:50 Türkiyə 1 051
Ötən gün qələbə qolunu vurdu, indi isə... TÜRKİYƏ FUTBOLU ŞOKDA - VİDEO

Türkiyədəki zəlzələ ilə bağlı yeni məlumatlar gəlməyə davam edir.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi "Hatayspor"un bir neçə futbolçusu təbii fəlakət zamanı dağıntılar atldında qalıb.

Onlardan Burak Öksüz tapılaraq xəstəxanaya yerləşdirilib. Daha əvvəl xilas edilən Bertuğ Yıldırımın səhhəti isə yaxşılaşıb.

Komandanın başqa bir üzvü Kerim Alıcının özü şəxsi bacarığı sayəsində dağıntılar altından çıxa bilib.

Ötən gün "Kasımpaşa" ilə matçın son anlarında fərqlənərək "Hatayspor"a vacib qələbə gətirən Kristian Atsudan isə xəbər yoxdur. Hazırda klub nümayəndələri və xilasedicilər onun axtarışlarını davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti