"Sevilya"nın futbolçusu İstanbul klubuna keçdi

4 Fevral 2023 10:20 Türkiyə 503
"Sevilya"nın futbolçusu İstanbul klubuna keçdi

"Başakşehir" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"dan Adnan Yanuzayı transfer edib.

Belçikalı vinger mövsümün sonuna kimi icarə əsasında Super Liqa klubunda çıxış edəcək.

Adnan Yanuzay "Sevilya"ya mövsümün əvvəlində azad agent statusu ilə keçib. 27 yaşlı futbolçu Əndəlus təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM