“Barselona"dan aldı, aşağı liqa klubuna icarəyə verdi

3 Fevral 2023 21:40 Türkiyə 717
“Barselona"dan aldı, aşağı liqa klubuna icarəyə verdi

"Fənərbaxça" yeni transferi Emre Demiri icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi karyerasını "Samsunspor"da davam etdirəcək.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Emre Demir yanvarın 31-də "Fənərbaxça" ilə 4,5 illik müqavilə imzalayıb. O, İstanbul təmsilçisinə "Barselona"dan keçib. Demir Kataloniya klubunun əvəzedici komandasında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti