La Liqadan yarımmüdafiəçi transfer edir - "Fənərbaxça"

3 Fevral 2023 01:30 Türkiyə 448
La Liqadan yarımmüdafiəçi transfer edir -

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, istanbul təmsilçisi "Valyadolid"in yarımmüdafiəçisi Mixael Malsanı transfer edəcək.

Bu barədə "Relevo" nəşri məlumat yayıb. "Sarı-lacivərtlilər" 26 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürəcək.

Mixael Malsa "Valyadolid"ə mövsümün əvvəlində "Levante"dən transfer olunub. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Fransalı dayaq yarımmüdafiəçisi cari mövsümdə La Liqa klubunun heyətində 6 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti