“Heç vaxt pula görə seçim etmərəm“ – Tanınmış türkiyəli futbolçu “Sportinfo“ya danışdı

1 Fevral 2023 14:00 Türkiyə 492
“Heç vaxt pula görə seçim etmərəm“ – Tanınmış türkiyəli futbolçu “Sportinfo“ya danışdı

“Mənim yeganə seçimim bu idi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qalatasaray”ın yeni transferi Kaan Ayhan deyib.

Super Liqa təmsilçisi Türkiyə millisinin və “Sassuolo”nun (İtaliya) müdafiəçisini icarəyə götürüb.

28 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə İstanbul klubuna keçib. “Sarı-qırmızılılar” yarım mövsümlük icarə üçün İtaliya klubuna 400 min avro ödəyib.

Onun transfer hüquqlarının alınması üçün 2.8 milyon avro ödəmək lazım gələcək. Kaan Ayhan “Qalatasaray” fanatı olduğunu bildirib:

“Türkiyənin böyük klublarından yalnız “Qalatasaray“ə keçə bilərdim. Doğrudur, başqa təkliflərim də var idi, ancaq sevgim məni bu kluba gətirdi.

Mənim üçün dəyərlər başqa məna daşıyır. Heç vaxt pula görə seçim etmədim və etmərəm.“

Qalatasaray“ mənim xəyallarımın komandasıdır və həmişə burada oynamağı arzulamışam. Çox sevinirəm ki, Allah mənim bu arzuma çatdırdı“.

Kaan Ayhan 2020-ci ilin sentyabr ayında “Fortuna”dan (Düsseldorf) 2.5 milyon avro qarşılığında keçdiyi “Sassuolo”da 55 oyun keçirib, 2 qol vurub.

“Şalke”nin yetirməsi olan mərkəz müdafiəçisi Almaniyada “Ayntraxt”ın da uğurları üçün çalışıb. O, Türkiyə millisində 47 oyuna 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı