"Mançester Siti"nin sabiq forvardı Türkiyə klubunda

31 Yanvar 2023 15:40 Türkiyə 964
"Mançester Siti"nin sabiq forvardı Türkiyə klubunda

Türkiyənin Superliqasının təmsilçisi "Ümraniyəspor" daha bir transfer edib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Nigeriya millisinin və “Şaxtyor”da (Donetsk) oynamış Olarenvaju Kayode ilə anlaşıb.

29 yaşlı forvard bu mövsümün sonuna kimi icarə əsasında "Ümraniyəspor"da çıxış edəcək.

Kayode daha öncə "Qaziantep” və “Sivasspor” klublarında oynayıb.

“Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunmuş nigeriyalı forvard “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu