Türkiyə klubu məşhur fransalını transfer edir

26 Yanvar 2023 00:20 Türkiyə 1 102
Türkiyə klubu məşhur fransalını transfer edir

“Çelsi”nin fransalı yarımmüdafiəçisi Timo Bakayoko qış transfer pəncərəsində “Adana Dəmirspor”a keçəcək.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu ilə artıq 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma əldə edilib.

O, Türkiyə klubuna pulsuz keçəcək. Amma gələcəkdə satılarsa, ondan “Çelsi”yə faiz ödəniləcək.

Bakayokonun sabah müqavilə imzalayacağı güman olunur. Futbolçunun yanvarın 25-dən 26-na keçən gecə Türkiyəyə gələcəyi qeyd edilir.

Bakayoko icarə əsasında “Milan”da oynayırdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM