İtaliya klubundan Super Liqaya qayıtdı - Türkiyəli müdafiəçi

22 Yanvar 2023 00:20 Türkiyə 1 048
İtaliya klubundan Super Liqaya qayıtdı - Türkiyəli müdafiəçi

“Adana Dəmirspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Verona” klubundan türkiyəli futbolçu Mert Çetini heyətinə qatıb.

26 yaşlı müdafiəçi bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb.

Türkiyədə daha öncə “Gənclərbirliyi”, “Hacettepe” və “Kayserispor”un formasını geyinmiş müdafiəçi, 2019-cu ildə İtaliyanın “Roma” klubuna transfer olunmuşdu.

Bir il sonra “Verona”ya keçən Mert, bu mövsümün ilk dövrəsini “Leççe”də icarədə keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM