"Fənərbaxça" 6 milyon avroluq təklif irəli sürdü – “Parma”lı üçün

21 Yanvar 2023 22:00 Türkiyə 607
"Fənərbaxça" 6 milyon avroluq təklif irəli sürdü – “Parma”lı üçün

"Fənərbaxça" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Parma"da çıxış edən Ceyden Ostervoldeni transfer etməyə çalışır.

"Sarı-ləcivərtlilər" 21 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 6 milyon avro və əlavə bonuslar daxil olan təklif göndərib.

Futbolçu özü "Fənərbaxça"da oynamaq istəyir. Niderlandlı oyunçu klubların razılıq əldə etməsini gözləyir.

"Parma" Ceyden Ostervoldeni mövsümün əvvəlində "Tvente"dən transfer edib. Gənc müdafiəçi B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!