"Qalatasaray" onu istəyir

18 Yanvar 2023 15:40 Türkiyə 705
"Qalatasaray" onu istəyir

"Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" "İstanbulspor"da çıxış edən Mehmet Yeşilin xidmətində maraqlıdır.

"Qalatasaray" "Lill"in də transfer siyahısında olan 24 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başlayacaq.

Mehmet Yeşil 2016-cı ilin yayından "İstanbulspor"da çıxış edir. Türk futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti