Türkiyə klubunda serbiyalı baş məşqçi dönəmi başladı

18 Yanvar 2023 01:30 Türkiyə 716
Türkiyə klubunda serbiyalı baş məşqçi dönəmi başladı

“Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı Aleksandr Stanoyeviçə tapşırılıb.

49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında bu gün istefası açıqlanan İlhan Palutu əvəz edib.

Stanoyeviç son olaraq Serbiyanın “Partizan” komandasına rəhbərlik edib. O, sözügedən klubdan 2022-ci ilin mayında ayrılıb.

Xatırladaq ki, Konya təmsilçisi bu mövsüm Türkiyə Super Liqasında 18 oyuna topladığı 27 xalla 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti