Mahir Emrelinin komanda yoldaşı "Qalatasaray" yolunda

17 Yanvar 2023 15:40 Türkiyə 891
Mahir Emrelinin komanda yoldaşı "Qalatasaray" yolunda

"Qalatasaray" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində olan oyunçu Zaqreb "Dinamo"sunda çıxış edən Bruno Petkoviçi transfer etməyə çalışacaq.

Xorvatiya klubu 28 yaşlı forvardın satışına qarşı deyil. Zaqrebilər Xorvatiya millisinin üzvünü 10 milyon avroya satmağa hazırdır.

Bruno Petkoviç "Dinamo"nun yetirməsidir. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 28 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də "Dinamo"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti