"Beşiktaş" ispaniyalı müdafiəçini almanlara icarəyə verdi?

16 Yanvar 2023 18:20 Türkiyə 306
"Beşiktaş" ispaniyalı müdafiəçini almanlara icarəyə verdi?

"Beşiktaş" müdafiəçisi Fransisko Monteronu "Hamburq"a icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, danışıqlara əsasən ispaniyalı futbolçu mövsüm sonuna qədər Almaniya klubunda icarədə oynayacaq.

Amma "Hamburq" 24 yaşlı müdafiəçini satınalma şərti ilə icarəyə götürüb.

Belə ki, mövsümün sonunda almaniyalılar "Beşiktaş"a 2,5 milyon avro ödəyərək ispanın transfer hüququna sahib çıxa biləcək.

"Atletiko" yetirməsi olan Montero "Deportivo"da oynadıqdan sonra 2020-ci ildə "Beşiktaş"a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı