"Çelsi"dən afrikalı hücumçunu istəyir - "Qalatasaray"

15 Yanvar 2023 00:10 Türkiyə 656
"Çelsi"dən afrikalı hücumçunu istəyir -

"Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində olan oyunçu "Çelsi"yə məxsus olan David Datro Fofanadır.

"Sarı-qırmızılar" Fil Dişi Sahilindən olan forvardı 1,5 illik icarəyə götürmək üçün London klubuna təklif göndərib.

"Çelsi" David Datro Fofananı bir neçə gün öncə Norveçin "Molde" klubundan transfer edib. İngilislər 20 yaşlı hücumçu ilə 6,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti